Paytaxtda bütün gecə klubları bağlandı

Paytaxtda bütün gecə klubları bağlandı
  30 Aprel 2016    Oxunub:5968
Argentinanın paytaxtı Buenos–Ayresdə bütün gecə klublarının fəaliyyəti dayandırılıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb gecə klublarından birində narkotik istifadəsi nəticəsində bir neçə nəfərin ölməsidir.

Klublara qoyulan qadağa meriyanın qanunsuz narkotik dövriyyəsinə qarşı həll yolu tapana qədər qüvvədə qalacaq.

Qeyd edək ki, bir neçə gün əvvəl “Time Warp” musiqi festivalında narkotik istifadə edən beş nəfər ölüb, daha beş nəfər isə xəstəxanaya yerləşdirilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti