Paytaxtda bir gündə iki ev yanıb

Paytaxtda bir gündə iki ev yanıb
  20 Oktyabr 2016    Oxunub:1689
Bakıda yanğın hadisəsi baş verib.
AzVision.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 27 m2 olan birotaqlı mənzilin mətbəxində " LG" markalı paltaryuyan maşın və qaz plitə yanıb. Mənzil yanğından mühafizə olunub.

Suraxanıda bir dam altında yerləşən 3 ailəyə məxsus ümumi sahəsi 150 m2 olan birmərtəbəli evin 2 otaqlı mənzilində bir otağın və mətbəxin yanar konstruksiyaları 25 m2 sahədə yanıb. Mənzilin qalan hissəsi və bitişik qonşu mənzillər yanğından mühafizə olunub. Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti