Patriarx Papaya nə hədiyyə etdi? - VİDEO

Patriarx Papaya nə hədiyyə etdi? - VİDEO
  13 Fevral 2016    Oxunub:3072
Rusiyanın patriarxı Kiril və Roma papası Fransisk Havanada baş tutan tarixi görüşdən sonra bir-birilərinə simvolik hədiyyələr veriblər.
Bu barədə AzVision.az `İnterfax`-a istinadən xəbər verir.

Rusiya kilsəsinin rəsmisi pontifikə İsanın anası Kazan ikonası və özünün yazdığı `Azadlıq və məsuliyyət` kitabının ispan dilində nəşrini hədiyyə edib.

Roma Papası isə Patriarxa – onun səmavi hamisi gücünün hissələrini və priçastiye (xristian dini ayinlərindən biri) üçün kasa hədiyyə edib.

Qeyd edək ki, ötən gün Roma Papası Fransisk ilə Rusiya patriarxı Kiril arasında görüş keçirilib.

Kubanın paytaxtı Havananın “Jose Marti” Beynəlxalq Hava Limanında baş tutmuş görüşdə Roma Papası uzun zamandır planlaşdırılan bu görüşün həyata keçirilməsindən məmnunluğunu bildirib. O, görüşün Allahın iradəsi ilə baş tutduğunu deyib.

Liderlərin görüşü Xristian dünyası üçün böyük bir hadisədir. Bu, tarixdə ilk dəfə baş tutan Papa-Patriarx görüşüdür.

Bu ideya ilk dəfə 1996-cı ildə, hələ İohann Pavel ilə Patriarx II Aleksinin zamanında ortaya atılıb. Xristian dünyası düz 20 ildir bu görüşün nə zaman reallaşacağını gözləyirdi.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti