Partlayışda yaralananlardan dördü evə buraxılıb

Partlayışda yaralananlardan dördü evə buraxılıb
  27 İyul 2016    Oxunub:1308
İyulun 26-da Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan “Araz” zavodunda baş vermiş hadisə zamanı xəsarət alan və xəstəxanaya yerləşdirilənlərdən dördü bu gün səhər saatlarında evə buraxılıb, bir neçəsinin isə gün ərzində evə buraxılacağı bildirilir.
Müdafiə Sənayesi Nazirliyindən AzVision.az-a verilən məlumatda qeyd olunub ki, xəsarət alanların digərlərinin müalicəsi həkim nəzarəti altında davam etdirilir.

Qeyd edək ki, iyulun 26-da saat 15:30 radələrində Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan şəhərində yerləşən “Araz” zavodunun utilizasiya sahəsində partlayış baş verib. Hadisə nəticəsində 2 nəfər ölüb, 24 nəfər yaralanıb.

Fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 223.2 (Partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (Səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Hadisə ilə bağlı prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Komissiyası yaradılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti