Partlayışda yaralananlar Bakıya göndərilib - Yenilənib

Partlayışda yaralananlar Bakıya göndərilib - Yenilənib
  31 Oktyabr 2014    Oxunub:1693
Ağcabədinin Salmanbəyli kəndində fərdi yaşayış evlərindən birində baş vermiş parlayış nəticəsində yaralıların adları məlum olub.
AzVision.az xəbər verir ki, ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, yaralılar 60 yaşlı Nübar Bayramova, 33 yaşlı Səhər Bayramova və 6 yaşlı İsa Bayramov yanıq xəsarətləri ilə Ağcabədi rayon xəstəxanasına çatdırılıb.

İlkin tibbi yardım yardım göstərildikdən sonra hər üç yaralı Bakıya yanıq mərkəzinə göndərilib. Xəstələrin vəziyyəti ağır qiymətləndirilir. FHN-nin məlumatına əsasən 70 kvm sahəsi olan 2 otaqlı evdə partlayışa səbəb məişət qazının sızması olub.

***
Ağcabədidə evdə partlayış baş verib.

AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, partlayış rayonun Salmanbəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 2 otaqlı evdə məişət qazının sızması nəticəsində partlayış baş verib.

Nəticədə otağın divarlarında çatlar əmələ gəlib və pəncərə şüşələri sınıb. Partlayış zamanı 3 nəfər xəsarət alıb və təcili tibbi yardım xidməti tərəfindən Ağcabədi rayon mərkəzi xəstəxanasına aparılıb. Yanğın hadisəsi baş verməyib. Məsələ ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Teqlər:  





Xəbər lenti