Partlayışda yaralanan daha bir nəfər evə buraxıldı

Partlayışda yaralanan daha bir nəfər evə buraxıldı
  28 İyul 2016    Oxunub:1076
İyulun 26-da Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan şəhərindəki “Araz” zavodunda baş vermiş partlayış nəticəsində xəsarət alanların səhhəti diqqət mərkəzində saxlanılır.
Nazirlikdən AzVision.az-a bildiriblər ki, həkim nəzarətində müalicələri davam etdirilən üç nəfərdən biri də evə buraxılıb. Qalan iki nəfərin isə müalicəsi davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti