Parlament Davudoğlu hökumətinə etimad göstərdi

Parlament Davudoğlu hökumətinə etimad göstərdi
  01 Dekabr 2015    Oxunub:1310
Türkiyə parlamenti baş nazir Əhməd Davudoğlunun rəhbərlik etdiyi yeni hökumətə etimad göstərib.
Parlamentin bu qərarına 509 deputatdan 315 lehinə səs verib. 194 deputat isə əleyhinə səs verib.

Beləliklə, baş nazir Əhməd Davudoğlunun rəhbərlik etdiyi hökumət parlamentdə etimad səsverməsindən keçib.

Səsvermədən sonra Ə. Davudoğlu hökumətə etimad göstərdikləri üçün deputatlara təşəkkürünü bildirib.

Qeyd edək ki, Ədalət və İnkişaf Partiyası (AKP) Türkiyədə keçirilən təkrar parlament seçkilərində seçici səslərinin 53,6 faizini yığıb.

Cümhuriyyət Xalq Partiyası (CHP) səslərin 20 faizini, Milliyyətçi Hərəkat Partiyası (MHP) - 11, Xalqların Demokratik Partiyası (HDP) isə səslərin 11,2 faizini toplayıb.

AzVision.az




Teqlər:





Xəbər lenti