Parlament hökumətə 9 gün vaxt verdi

Parlament hökumətə 9 gün vaxt verdi
  07 Dekabr 2016    Oxunub:3177
Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi başa çatıb.

AzVision.az-ın xəbərinə görə, parlamentdə səslənən təklifləri dəyərləndirmək üçün hökumətə 9 gün vaxt verilib.

Müzakirələrdən sonra Milli Məclis sədri Oqtay Əsədov deyib ki, hökumət dekabrın 16-na kimi qaldırılan məsələlərə baxa bilər və dekabrın 16-da büdcə layihəsi səsverməyə çıxarılacaq.

Qeyd edək ki, büdcə zərfinə daxil olan digər qanun layihələrinin müzakirəsi dekabrın 8-də davam etdiriləcək.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti