Parlament beynəlxalq sənədləri ratifikasiya edib

Parlament beynəlxalq sənədləri ratifikasiya edib
  28 Oktyabr 2016    Oxunub:1144
Milli Məclis Azərbaycanın bəzi ölkələrlə imzaladığı sənədləri ratifikasiya edib.
AzVision.az-ın xəbərinə görə, bunlar "Birləşmiş Millətlər Təşkilatının iqlim dəyişmələri üzrə çərçivə konvensiyasının 21-ci tərəflər konransı zamanı qəbul edilmiş Paris sazişinin təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikası hökuməti ilə İran İslam Respublikası hökuməti arasında bitki mühafizəsi və bitki karantini haqqında əməkdaşlıq sazişinin təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyası prezidentlərinin bəyannaməsinin təsdiq edilməsi haqqında” sənəd layihələri daxildir.

Qeyd olunan qanun layihələri səsə qoyularaq qəbul edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti