Paris görüşünə Gürcüstandan reaksiya

Paris görüşünə Gürcüstandan reaksiya
  01 Noyabr 2014    Oxunub:1707
“Çox kədərlidir ki, Ermənistan və Azərbaycan arasında olan Dağlıq Qarabağ münaqişəsi hələ də həll edilməmiş qalır”.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstanın barış və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Pata Zakareişvili Gürcüstanda fəaliyyət göstərən Azərbaycandilli jurnalistlərlə görüşündə deyib.

Nazir xatırladıb ki, münaqişənin həlli istiqamətində ATƏT-in Minsk Qrupu işləyir: “Azərbaycan və Ermənistan prezidentlərinin Parisdəki təkbətək görüşü bizi ruhlandırır ki, bu münaqişənin həllində müsbət irəliləyiş olacaq. Bu, yaxşı işarədir. İnanırıq ki, bu istiqamətdə keçirilən görüşlərin dinamik inkişafı müsbət nəticələr verəcək”.


Teqlər:





Xəbər lenti