Papa ermənilərin “soyqırım” təklifini rədd etdi

Papa ermənilərin “soyqırım” təklifini rədd etdi
  30 Mart 2015    Oxunub:2149
Ermənistan qondarma “soyqırım”ın 100-cü ildönümü münasibətilə Roma Papası Fransiskə Yerevanda ayin keçirməyi təklif edib.

AzVision.az xəbər verir ki, erməni kilsəsi bu məqsədlə rəsmi olaraq Papaya təklif göndərib. Roma Papası isə ermənilərin bu təklifinə rədd cavabı verib.

Ermənilər həmçinin Papanın “soyqırım” ifadəsini dilə gətirməsi üçün səy göstərirlər.

Türkiyənin Vatikandakı fövqəladə və səlahiyyətli səfiri Məhməd Paşaçı jurnalistlərə açıqlamasında bildirib ki, Papa aprelin 12-də keçiriləcək ayinin “100-cü il dönümü” adlandırılması təklifini də rədd edib:

“Amma ayin günü çıxışı zamanı soyqırım ifadəsini işlədib-işlətməyəcəyi isə həmin gün məlum olacaq. Bu ifadənin əvəzinə “böyük kədər” kimi əvəzedici sözlərin səsləndirilməsi üçün səylərimizi davam etdiririk”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti