Papa Türkiyəyə gedir

Papa Türkiyəyə gedir
  22 Oktyabr 2014    Oxunub:1350
“The Jerusalem Post”un məlumatına görə, Roma Papası Fransisk gələn ayın axırında Türkiyəyə səfər edəcək. Belə ki, Türkiyədə Suriya və İraqdan olan xristian qaçqınlar məskunlaşıblar.
AzVision.az musavat.com-a istinadən xəbər verir ki, Roma Katolik Kilsəsinin başçısı İŞİD zülmündən Türliyəyə pənah gətirən xristianlarla şəxsən görüşmək fikrindədir.

Vatikanın dövlət başçısı Tükiyədə olarkən prezident Ərdoğanla və baş nazir Davudoğlu ilə də görüşəcək .

İsanın Yer üzərində nümayəndəsi hesab olunan Roma Papası Fransisk İstanbulda provoslav kilsəsinin rəhbəri ilə də bir araya gələcək.

“Müqəddəs Ata Ankara və İstanbulda olacaq. Onun səfəri noyabrın 28-dən 30-una qədər davam edəcək”, rəsmi Vatikanın mətbuat katibi Federiko Lombardini bildirib.


Teqlər:





Xəbər lenti