Papa İrəvana niyə getmişdi? - ŞƏRH

Papa İrəvana niyə getmişdi? - ŞƏRH
  28 İyun 2016    Oxunub:2946
İyunun 24-də Roma Papası Fransisk Ermənistana üç günlük səfər edib. Səfəri zamanı Papa bütün ermənilərin katolikosu II Qaragen və prezident Serj Sarkisyanın müşayiəti ilə qondarma “erməni soyqırım” abidəsini ziyarət edib. Roma Papası İrəvanda çıxışı zamanı 1915-ci hadisələrini pisləyib.
Papa prezident Serj Sarkisyan və digər rəsmilər qarşısında çıxış edərkən ilk dəfə “soyqırımı” sözünü işlədib. Halbuki Papa səfəröncəsi məktubunda “soyqırım” sözünü işlətməmişdi, o, 1915-cü il hadisələrini faciə kimi qələmə vermişdi.

Papanın uydurma “soyqırım”ı İrəvanda dilə gətirməsi siyasi məqsəd daşıyır. Bəs, buna səbəb nədir? Papa “soyqırım”ı qabartmaqla kimə və hansı mesajları vermək istəyirdi?

Politoloq Fikrət Sadıqov hesab edir ki, Papanın İrəvana səfəri sırf siyasi xarakter daşıyır. Onun sözlərinə görə, Roma Papası Fransiskin İrəvana gətirilməsində məqsəd qondarma “erməni soyqırımı” və digər erməni yalanlarını dünyanın diqqətinə çatdırmaq idi.

““Soyqırım” məsələsi erməni xalqında, onların siyasi elitasında ənənəvi xəstəlikdir. Onlar bu məsələni qabardaraq, öz xalqlarının fikrini başqa məsələlərdən yayındırmaq istəyirlar. Ermənistan digər tərəfdən aparıcı dövlətlərinin diqqətini bu məsələyə cəlb etmək niyyətindədir. Bu cəlbetmə ondan irəli gəlir ki, Ermənistanın digər ölkələrə qarşı aqressiv siyasəti arxa plana keçsin və uydurma hadisələ gündəmdə qalsın.



Bu faktdır ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Bundan əlavə işğalçı ölkə Türkiyəyə qarşı ərazi iddisı irəli sürüb. Bunlar danılmazdır. Bütün bunları ört-basdır etmək üçün Papanı İrəvana dəvət etdilər. Faktiki olaraq Papanın İrəvana gəlişi siyasi addımdır. Papa İrəvana “soyqırım” ifadəsini işlətməkdən çəkinə bilmədi. Ermənilər dəvət etdikləri dövlət rəsmilərini qondarma “erməni soyqırım” abidəsini ziyarət etdirməklə bir növ onlara bunu qəbul etdirməyə çalışırlar. Yəni, məcbur edirlər. Papa da ermənilərin bu planının əsas fiquruna çevrildi”, - deyə F.Sadıqov vurğulayıb.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti