Pakistan erməniləri ifşa etdi - `Referendum` yalanı

Pakistan erməniləri ifşa etdi -  `Referendum` yalanı
  21 Fevral 2017    Oxunub:5055
“Pakistan hökuməti Dağlıq Qarabağda keçirilən qondarma referenduma heç bir müşahidəçi göndərməyib”.
AzVision.az xəbər verir ki, bu barədə APA-ya Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. XİN sözçüsü Ermənistan mətbuatında yayılan məlumatların doğru olmadığını bəyan edib:

“Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyirik. Pakistanın mövqeyi ondan ibarətdir ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının qaytarılması çərçivəsində həllini tapmalıdır. Ermənistan Silahlı Qüvvələri Dağlıq Qarabağ və ətraf rayonlardan çıxarılmalı, qaçqın və məcburi köçkünlər öz evlərinə qayıtmalıdır”.

Pakistan XİN xatırladıb ki, İslamabad Ermənistanın Azərbaycana qarşı işğalçılığı üzrə İslam Əməkdaşlıq Təşkilatının təmas qrupunun üzvüdür.

Qeyd edək ki, Ermənistan mediası Dağlıq Qarabağda keçirilən qondarma “referendum”da Pakistandan olan müşahidəçilərin da iştirakı etdiyi barədə xəbər yayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti