PKK liderləri Qarabağa köçür

PKK liderləri Qarabağa köçür
  09 Fevral 2016    Oxunub:3201
“Son vaxtlar Türkiyənin keçirdiyi antiterror əməliyyatları ilə əlaqədarı PKK liderləri Kandildəki düşərgədən Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ bölgəsinı köçürlər”.

AzVision.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, bu haqda Əsassız Erməni İddialarına qarşı Mücadilə Beynəlxalq İctimai Birliyinin (ASİMDER) sədri Göksel Gülbey deyib.

Onun sözlərinə görə, PKK terrorçuları Qarabağa köçməklə özlərini qorumağa çalışırlar: “Erməni ailələr həmin bölgəyə övladlarını əsgər kimi göndərməkdən çəkinir. Bundan başqa Azərbaycan ordusunun hər an torpaqları işğaldan azad etmək üçün hazır olduğunu bilən Ermənistan rəhbərliyi terrorçuların Dağlıq Qarabağa köçürülməsində maraqlıdır”.

G.Gülbəy deyib ki,1923-1929-ci illərdə Rusiya Dağlıq Qarabağda “Qızıl Kürdistan Müxtariyyəti” adı altında Azərbaycan, İran və Ermənistanda yaşayan kürtləri həmin bölgəyə köçürüb: “Rusiya və Ermənistan yenidən bu kartı istifadə etməyə başlayıb. Hesab edirəm ki, Qafqazda yaşayan kürtlər bu iddialara uymamalıdırlar. Azərbaycan və Türkiyə mütləq bunun qarşısını almaq üçün vacib və təxirəsalınmaz addımlar atmalıdır”.

İlkin Nəcəfzadə


Teqlər:  





Xəbər lenti