PKK-da parçalanma - daha bir lider İrana qaçdı

PKK-da parçalanma - daha bir lider İrana qaçdı
  02 Avqust 2015    Oxunub:2750
PKK terror təşkilatının liderlərindən olan Murad Karayılan İrana qaçıb. AzVision.az-ın məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin PKK terror təşkilatının İraqın şimalındakı düşərgələrini bombalamasından sonra qurum daxilində parçalanma baş verib.

Nəticədə PKK terrorçularının üzvlərinin 1/3-nin Qəndil dağlarını tərk etməsinə səbəb olub. Belə ki, terrorçuların bir hissəsi Qəndildə qalsa da, aralarında Murad Karayılanın olduğu digər hissə İran torpaqlarına, qalanları isə "İŞİD"ə qarşı zəifliyindən dolayı Kobaniyə (Eyn əl-Ərəb) deyil, etibarlı saydıqları Suriyanın Cizrə bölgəsinə keçib.

Qeyd edək ki, bir neçə gün öncə türk ordusunun Şimali İraqdakı PKK düşərgələrini bombalamasından sonra təşkilatın qurucularından olan Cəmil Bayık da İrana qaçıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti