PKK-çılar Kılıçdaroğluna hücumu edib- ölən və yaralılar var (Foto-Video)

PKK-çılar Kılıçdaroğluna hücumu edib- ölən və yaralılar var (Foto-Video)
  25 Avqust 2016    Oxunub:18455
Türkiyənin əsas müxalifət təşkilatı olan Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu avtomobilinə atəş açanlar PKK terrot təşkilatının üzvləridir.

AzVision.az xəbər verir ki, bunu Ədalət və İnkişaf Partiyasının (AKP) Artvindən seçilən millət vəkili İsrafil Kışla bildirib. Onun sözlərinə görə, hadisə PKK tərəfindən törədilib: “Aylardır 5 nəfərlik PKK-lı qrup axtarışdaydı. Ehtimal ki, onlar ediblər”.

Türkiyə mətbuatında qeyd olunub ki, terrorçular Kamal Kılıçdaroğlunun avtomobil karvanını qumbaraatanla atəşə tutmaq istəyib. Hadisə yerinə gələn təhlükəsizlik qüvvələri K. Kılıçdaroğlunu zirehli texnikaya əyləşdirərək onu ərazidən uzaqlaşdırıblar. Terrorçularla atışmada 3 əsgər yaralanıb, bir əsgər şəhid olub.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan olaydan bir qədər sonra Kamal Kılıçdaroğluna telefon açaraq onunla danışıb.

**

Türkiyənin ana müxalifət lideri, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun avtomobil karvanının atəşə tutulması ilə bağlı ilk açıqlama verib.

AzVision.az xəbər verir ki, partiya sədri hadisədən dərhal sonra ölkə mətbuatına açıqlama verib. Bildirib ki, hazırda bütün təhlükəsizlik tədbirləri görülüb:

“Bu dəqiqə mənə görə narahat olmağa heç bir əsas yoxdur. Atışmanın olduğu bir ərazizdə qəribə vəziyyətə düşüdük. Təhlükəsizlik qüvvələri lazımı addımları atıblar. Yol tikintisi idarəsinin binasındayam. Biz narahat deyilik. İnşallah, təhlükəsizlik qüvvələri üçün də bir problem olmaz. Yalnız onlardan narahatıq".

Qeyd edək ki, terrorçuların PKK mənsubları olduğu güman edilir. PKK son aylarda Türkiyənin Qara dəniz vilayətlərində də fəallaşıb.

**

Türkiyənin müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasını (CHP) sədri Kamal Kılıcdaroğlunun maşın karvanının atəşə tutulmasını bəzi təfərrütları məlum olub.

AzVision.az xəbər verir ki, bu barədə məlumatı "Hürriyet" qəzeti yayıb. Qeyd olunub ki, hadisə Kılıcdaroğlu Artvin əyalətinin Şavşat rayonundan Ardanuç rayonuna gedərkən Yanıklı kəndi yaxınlığında baş verib.

Belə ki, CHP lideri Artvin vilayətinin Şavşat şəhərinin mərkəzində toplaşan tərərfdarları qarşısında çıxış etdikdən sonra yola düşüb. Onlar vilayətin Ardanuç rayonunun Yanıklı kəndi yaxınlığında polislər tərəfindən dayandırılıb.

Yol kənarında barrikada qurulduğunu müəyyən edən polis orada terrorçuların gizləndiyini ehtimal edərək həmin nöqtəni atəşə tutub. K. Kılıçdaroğlunun avtomobili isə mühafizə məqsədilə əhatəyə alınıb, sonra ərazidən uzaqlaşdırılıb.

K. Kılıçdaroğlunun müşavirlərindən biri müxalifət liderinə hücum olmadığını deyib. Onun sözlərinə görə, həmin ərazidə təhlükəsizlik qüvvələri ilə terrorçular arasında atışma baş verib.

**

Türkiyənin ana müxalifət lideri, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun avtomobil karvanı Artvin vilayəti ərazisində atəşə tutulub.

AzVision.az xəbər verir ki, partiya sədrinin mühafizəçilərinin atəş açanlara qarşılqı verməsi nəticəsində atışma baş verib.

Hazırda tərəflər arasında atışma davam edir. Kılıçdaroğlunun həyatını qorumaq üçün o, avtomobildə gözlədilib.

Hadisə yerinə çoxlu sayda polis və təcili tibbi yardım avtomobilləri göndərilib.



AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti