Özünü 3-cü mərtəbədən atıb - Rəsmi məlumat

Özünü 3-cü mərtəbədən atıb - Rəsmi məlumat
  05 Fevral 2016    Oxunub:2550
Daxili İşlər Nazirliyi (DİN) Balakəndə təqsirləndirilən şəxsin intihar etməsi faktı ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar ayı ərzində Katex kəndində yaşayan R.Hobolova, M.Nuriyevə və H.Dəlləyevə məxsus evlərdən 2040 manat, 1000 ABŞ dolları, 11000 rubl, 1 ədəd pnevmatik tir tüfəngi və qızıl əşyaları oğurlamış rayon sakinləri Əziz Əhmədov, Fəxri Əbəçiyev və İsmayıl Bulayev tutulublar.

Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların ötən il dekabrın 11-də Zamir Baydarovun evinə girib onu tüfənglə hədələyərək 6000 manat aparmaları, həmçinin, M.Nuriyevin evindən oğurluğu törədərkən diqqəti özlərindən yayındırmaq məqsədilə kənd sakinlərindən birinin həyətindəki ot tayasını yandırdıqları da müəyyən edilib.

Saxlanılanlardan Əziz Əhmədov fevralın 2-də saat 06 radələrində Balakən Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerində sağ qolunu sanitar qovşağın küncünə sürtərək özünə xəsarət yetirib. Xəstəxanaya yerləşdirilmiş Ə.Əhmədov fevralın 4-də saat 17 radələrində özünü oranın 3-cü mərtəbəsindən ataraq intihar edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti