Ötən il 800 nəfər ölkəni tərk edib

Ötən il 800 nəfər ölkəni tərk edib
  11 Fevral 2016    Oxunub:3105
Ötən il 800 nəfər Azərbaycanı tərk edərək başqa ölkəyə yerləşib.
Bunu AzVision.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov deyib.

Komitə rəsmisinin sözlərinə görə, ölkəyə daimi yaşamaq üçün gələnlərin sayında azalma müşahidə olunub. Bu göstərici 2013-cü ildə 3,1 min, 2014-cü ildə isə 1,9 min nəfər olub.

Qeyd olunan göstərici şəhərlərdə 0,6 min, kəndlərdə isə 0,5 min nəfər təşkil edib.

Gültəkin Ələsgər


Teqlər:





Xəbər lenti