Ötən günün tarixə düşən hadisələri - Xronika

Ötən günün tarixə düşən hadisələri - Xronika
  28 May 2016    Oxunub:3140
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələr baş verib. Hansı xəbərlər oxucular arasında geniş müzakirələrə səbəb oldu? Mayın 27-də nələr baş verdi?
AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:

Rusiyada 27 erməni həbs edildi - VİDEO

Rusiyanın Stavropol diyarının Minvod mərkəzi xəstəxanasında kütləvi dava zamanı rus gənci öldürən ermənilərə hökm oxunub.

***

Erməni general: `Qarabağda strateji yüksəklikləri itirdik`

“Azərbaycan ordusu olduqca strateji əhəmiyyətə malik əraziləri işğaldan azad edib və onları geri qaytarmaq lazımdır”. Bunu erməni general-mayor, “Kommandos” ləqəbli Arkadi Ter-Tadevosyan bildirib.

***

Bakıda orta məktəbdə kütləvi dava

Bakıda orta məktəbdə şagirdlər arasında kütləvi dava olub.

***

Azərbaycanlı Moskvada çempion oldu və 1 milyon qazandı – VİDEO

Azərbaycanlı idmançı Moskvada keçirilən qaydasız döyüş üzrə “Fight Nights Global 48” turnirində qalib olub.



Oğuzu qorxuya salan ayı - FOTOLAR

Oğuzun Xalxal kəndinə ayı hücum edib.

***

Ermənistan Azərbaycan ərazilərinin işğalını etiraf etdi

Polşanın İctimai Televiziyasının çəkiliş qrupu müvafiq akkreditasiya kartı ilə Azərbaycanda və Ermənistanda səfərdə olub.

***

İcra başçısı Qarabağ ermənilərinə səsləndi: `Gəlin, Azərbaycanda görüşək`

“Ermənistan hakimiyyəti Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşün keçirilməsinə imkan vermir”. Bunu Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin rəhbəri, Şuşa rayon icra hakimiyyətinin başçısı Bayram Səfərov deyib.



Metsamor: Dinc soyqırım - İğdırdan reportaj (VİDEO)

İğdırda erməni terroru var gücü ilə davam edir.

***

`Azərbaycan Ordusu yenilməz olduğunu sübut etdi` - Türk general

Azərbaycan Dillər Universitetində (ADU) Türkiyənin hərbi attaşesi, general İhsan Başbozqurd tələbələrlə görüşüb.

***

Nalbandyanın Polad Bülbüloğlu haqda dediklərinə cavab

Azərbaycanın Rusiyadakı səfirliyi Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın ölkə parlamentində deputatların suallarını cavablandırarkən səfir Polad Bülbüloğlu haqqında dediklərinə münasibət bildirib.

***

Erməni əsgərin anası: `Oğlumun qatili Ohanyandır` (VİDEO)

2010-cu ilin 17 dekabr tarixində ölən erməni hərbçi Artur Qazaryanın anası İrina Qazaryan İrəvanda hökumət binası qarşısına etiraz edib.

***

Jurnalistlər Ramil Usubova müraciət etdi

Azərbaycanın bir qrup jurnalisti daxili işlər naziri, general-polkovnik Ramil Usubova müraciət ünvanlayıb.

***

Bakıda zəlzələ təhlükəsi – Bütün binalar yoxlanılır

“Respublika Seysmoloji Xidmət Mərkəzi paytaxt Bakıda yerləşən binaların zəlzələyə davamlılığını yoxlamağa başlayıb. İlk olaraq binaların sıx yerləşdiyi ərazilərin seysmikliyi yoxlanılacaq”. Bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı deyib.


Azərbaycanlı əsir və girovlar `Metsamor` da işlədilir - ŞOK İDDİA

`Ermənistanda saxlanılan azərbaycanlı girovlar və əsirlər Metsamor Atom Elektrik Stansiyasında işlədilir`. Bunu Əsassız Erməni İddialarına Qarşı Mübarizə Dərnəyinin (ASİM DER) sədri Göksəl Gülbəy deyib.

***

`Rusiya Qarabağ problemini 15 dəqiqəyə həll edə bilməz` - Səfir

Münaqişəni Azərbaycan və Ermənistan özü həll etməlidir. Kim deyirsə ki, Rusiya münaqişəni 15 dəqiqə, yaxud 20 dəqiqəyə həll edə bilər, o yanılır. Bu sözləri Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri ilə görüşdə bildirib.

***

Ermənilər Ağdamda təlimə başladı

Ermənistan Silahlı Qüvvələri Ağdamın işğal olunmuş ərazilərində irimiqyaslı hərbi təlimlərə başlayıb.

***

Şuşadan məktub gəldi - Dilqəmin səhhətində ciddi problem var

Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri erməni işğalçıları tərəfindən Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər.



Prezident İlham Əliyev rəsmi qəbulda - FOTOLAR

Mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib.

***

Obamadan Əliyevə mühüm Qarabağ mesajı: `Yardım etməyə hazırıq`

ABŞ prezidenti Barak Obama Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

***

Ermənistanın dövlət borcu kəskin artır

Ermənistanın dövlət borcu sürətlə artır və yeni rekord imza atır.

***

`Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb` - (VİDEO)

“Azərbaycanın beynəlxalq nüfuzu artır, qarşıya qoyulan vəzifələr uğurla icra edilir”. Bunu Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə bu gün keçirilmiş rəsmi qəbulda çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev deyib.

***

`Xalqımız bir amal ətrafında birləşib` - İlham Əliyev (VİDEO)

“Azərbaycanda müsəlman aləmində ilk demokratik respublikanın yaranması tarixi hadisədir”. Bunu Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə bu gün keçirilmiş rəsmi qəbulda çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev deyib.

***

`Yalançı müsahibə düzəltmək...` - Deputatdan xəbərdarlıq (Video)

Mətbuat Şurasının sədri Əflatun Amaşov Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 301 saylı orta məktəbdə 32 yaşlı ingilis dili müəlliməsinin həmin məktəbin şagirdi 18 yaşlı Cəlilə qoşulub qaçmasına, həmçinin Şamaxıdakı hadisəyə münasibət bildirib.

***

`İşğal faktına son qoyulmalıdır` - Məmmədyarov

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigeni qəbul edib.

***

`Azərbaycana gələn ərəblərin sayı çoxalıb` - Nazir

`Azərbaycana gələn turistlərin sayı çoxalıb`. Bunu “ASAN radio”nun “Qəbuldasan” verilişində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Onun sözlərinə görə, turistlərin sayının artmasında həm də viza verilməsi prosedurunun sadələşdirilməsidir.

***

Ermənilər arasında qarşıdurma - deputatı öldürmək istəyirlər (VİDEO)

Ermənilər aprel döyüşlərindəki məğlubiyyətin acısını hələ də həzm edə bilmirlər. Buna görə artıq Qarabağ erməniləri ilə İrəvan erməniləri arasında yaranan toqquşmanın miqyası get-gedə böyüyür. İtirilən yüksəkliklərə görə isə siyasi hakimiyyətin laqeyidliyi önə çəkilir.

***

Amerikalı jurnalist: `Ermənilər məni təhdid edirlər` - Video

"Azərbaycanı Maştağadan tanımağa başlamışam". Tanınmış amerikalı ekspert, müstəqil jurnalist Tomas Qolts Region TV-də yayımlanan "Günün ardınca" verilişinə açıqlamalar verib.



İrəvan xanlığının bayrağının mənası nədir?

1827-ci il oktyabrın 1-də İrəvan qalası rus qoşunları tərəfindən işğal edildiyi zaman İrəvan xanlığının 4 bayrağı rus qoşunlarının əlinə keçmişdi. Sonralar bu bayraqlar Tiflisdəki Qafqaz Hərb Tarixi Muzeyində saxlanılırdı.

***

Binəli Yıldırımın Bakı səfərinin vaxtı məlum oldu

Türkiyənin yeni baş naziri Binəli Yıldırımın Azərbaycana planlaşdırılan səfərinin dəqiq tarixi məlum olub.

***

Nazir söküntüdən danışdı: `Bu, məni də narahat edir`

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakının abadlaşdırılması çərçivəsində keçmiş “Sovetski” məhəlləsində tarixi abidələrin sökülməsi haqda deyilənlərə münasibət bildirib.

***

`Azərbaycan qazı Rusiya qazına rəqib deyil` - Nazir

Transadriatik boru kəməri (TAP) layihəsi Rusiya qazının Avropanın cənubuna tədarükünə rəqib deyil. Bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak deyib.

***

`15-20 günə torpaqlarımızı azad edə bilərdik` - Əli Həsənov

"Aprelin 4-də müharibə dayandırılmasaydı Azərbaycan işğal edilmiş ərazilərini qısa müddətə - 15-20 günə, bəlkə də 1 aya tam azad edə bilərdi". Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov aprelin əvvəlində cəbhədə yaşanan gərginliyə beynəlxalq təşkilatların münasibətini şərh edərkən səsləndirib.

***

`Vyana görüşü uğurlu idi` - İlham Əliyev

“Xarici siyasətimizin və nəinki xarici siyasətimizin, ümumiyyətlə, siyasətimizin əsas məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Mən bu məsələ ilə bağlı dəfələrlə fikirlərimi bildirmişəm. Azərbaycanın mövqeyində heç bir dəyişiklik yoxdur və xalq da bu mövqeyi dəstəkləyir, bəyənir”. Bunu Prezident İlham Əliyev Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə təşkil edilən rəsmi qəbulda çıxışında deyib.

Hazırladı: Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti