Ötən günün kriminal xronikası

Ötən günün kriminal xronikası
  29 Avqust 2016    Oxunub:1074
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 68 cinayət faktından 23-nün üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 7 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş 4 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 32 nəfər tutulub.

AzVision.az


Teqlər:





Xəbər lenti