Ötən gün Azərbaycanda nələr oldu?

Ötən gün Azərbaycanda nələr oldu?
  29 Aprel 2016    Oxunub:2446
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələr baş verib. Hansı xəbərlər oxucular arasında geniş müzakirələrə səbəb oldu? Aprelin 28-da nələr baş verdi?
AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:


İrəvandan geriyə addım: `Danışıqlardan imtina etmirik`

Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasından imtina etmir. Bu barədə Ermənistanın Xarici İşlər naziri Edvard Nalbandyan bəyan edib.

***

Son iki gündə 17 erməni hərbçi məhv edilib

Bu gecə qoşunların təmas xəttində baş verən atışmada daha 3 erməni əsgərinin yaralandığı rəsmən etiraf edilib. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin Hərbi Tibb İdarəsinin rəisi Kamavor Xaçatryan məlumat yayıb açıqlayıb.

***

Ermənistanda tələbələr də orduya çağırılacaq

Ermənistan hökuməti ali məktəblərdə təhsil ilə əlaqədar orduya çağırış möhlətinin ləğv edilməsi barədə qanun layihəsini parlamentə təqdim etmək niyyətindədir.

***

Tərtərdə atışma: düşmənə cavab zərbələri endirilib

Ermənistan silahlı bölmələri saat 23.30-dan başlayaraq təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tutmağa başlayıb.

***

Ermənilər Ağdam sakinini yaraladı

Ermənistan silahlı bölmələrinin atəşkəsi pozması nəticəsində bir mülki şəxs yaralanıb.

***

Ağdamda 8 nəfər yaralanıb, 1 nəfər ölüb - ADLAR

Aprelin 27-si gecə saatlarından etibarən ermənilərin atəşkəsi pozması və artilleriya zərbələri endirməsi nəticəsində Ağdam rayon sakinlərindən 8 nəfər yaralanıb, 1 nəfər isə ölüb.

***

Tərtərin 18 kəndi işıqsız qaldı - 51 evə ziyan dəyib

“Ötən gecə saat 23:00 radələrindən başlayaraq erməni silahlı qüvvələri Tərtər rayonunun cəbhəyanı ərazilərini ağır artilleriya atəşinə tutub. Artilleriya atəşi fasilələrlə saat 04:00-a qədər davam edib”. Bu barədə Tərtərin icra başçısı Müstəqim Məmmədov məlumat verib.

***

Çavuşoğlu Çindən İrəvana Qarabağ mesajı göndərdi

Türkiyə Dağlıq Qarabağ probleminin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həlli mövqeyindən çıxış edir. Bunu Pekində keçirilən Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə Müşavirəyə üzv dövlətlərin xarici işlər nazirlərinin V görüşündə çıxış edən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

***

Rəsmi Bakı Qarabağın həlli şərtini açıqladı

Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunması yolu ilə həll oluna bilər. Bu barədə Çinin paytaxtı Pekində keçirilən Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə Müşavirəyə üzv dövlətlərin xarici işlər nazirlərinin V görüşündə çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.

***

ABŞ-dan Qarabağdakı döyüşlərə reaksiya

“Biz atəşkəsin nə qədər kövrək olduğunu görürük. Atəşkəs rejiminə əməl olunduğuna görə sevinirik, lakin gərginlik hələ də qalmaqdadır”. Bu barədə ABŞ Dövlət Departamentinin rəsmisi Mark Toner bildirib.

***

`Ermənistan odla oynayır` - Ərdoğan

“Ermənistan Azərbaycanın işğaldan azad etdiyi ərazilərin əhəmiyyətsiz mövqelər olduğunu desə də, rəsmi İrəvan qorxu içindədir. Azərbaycandakı vəziyyət qonşu ölkələrə bənzəmir. Bu problem nə Gürcüstana, nə də Ukraynaya bənzəyir”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanla danışıqların dayandırılması barədə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.



Erməni generallarının işdən çıxarılmasının gizli səbəbi – SƏNƏD

Ermənistan prezidenti Serj Sarkisyan bir neçə gün öncə Müdafiə Nazirliyinin 3 yüksək çinli məmurunu işdən çıxarmışdı. Bundan sonra sosial şəbəkənin erməni seqmentində müdafiə nazirinin müavini, general-leytenant Alik Mirzabekyanın işdən çıxrılmasının əsl səbəbini ortaya qoyan sənəd yayıldı.

***

Ağdamda ölən Qarabağ qazisinin FOTOSU (Yenilənib)

Ötən gecə Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində Ağdam rayonunun bir sakini dünyasını dəyişib, 8 mülki şəxsi isə yaralanıb.

***

`Ermənilərə cavab zərbələri endiriləcək` - Müdafiə Nazirliyi

“Hazırda cəbhə xəttində tam sakitlikdir”. Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı məlumat verib. Onun sözlərinə görə, axşam saatlarından mülki əhalinin yaşadığı əraziləri atəşə tutan qarşı tərəfin mövqeləri və səngərlərinə endirilən cavab zərbələri nəticəsində cəbhədə sakitlik yaranıb.



Ermənilərin Tərtərdə dağıtdığı evlər - YENİ FOTOLAR

Ötən gün axşam saat 23:00 radələrindən başlayaraq erməni silahlı qüvvələri Tərtər rayonunun cəbhəyanı ərazilərini ağır artilleriya atəşinə tutub.

***

`Kasprişik cəbhədən ermənilərə gizli məlumatlar ötürür`

“Azərbaycan rəsmi şəkildə ATƏT-in Minsk qrupuna yeni işğaldan azad etdiyimiz ərazilərdə monitorinqlərin aparılmasına qadağa qoymalıdır. Düşməndən azad olunan ərazilərin məlumatlarını ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprişik ermənilərə ötürür”. Bunu ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov deyib.

***

“Ermənistan kasetli bombalardan istifadə edir” – XİN

Amerika Birləşmiş Ştatları Dövlət Departamenti və Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsi ilə əlaqədar ifadə etdikləri narahatlıqlarını bölüşürük. Bunu XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

***

Ohanyanın nazirliyində general şoku yaşanır

Seyran Ohanyan Ermənistanın Müdafiə Nazirliyində yeni kadr dəyişikliyinin olacağı ilə bağlı xəbərlərə münasibət bildirib.

***

Lavrov-Sarkisyan görüşünün gizli məqamları: Axı bu, niyə baş verdi?

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvan səfəri zamanı prezident Serj Sarkisyanla keçirdiyi görüşlə bağlı yeni təfərrüatlar məlum olub.



Aprel döyüşlərində məhv edilən ermənilər - FOTOLAR

Aprel döyüşlərində Ermənistan ordusu ağır itkilər verib.

***

Ağdam şiddətli döyüşlərdən sonra - FOTOLAR

“Ermənilərin ağır silahlardan atəşi nəticəsində Ağdam rayonunda 59 evə ziyan dəyib, 12 ev tamamilə dağıdılıb, 1 ev yanaraq kül olub".

***

Rusiyadan Ermənistana tank göndərildi – (VİDEO)

Rusiya erməni hərbçilərinin “Tank biatlonu -2014” beynəlxalq turnirində mükafat kimi qazandığı `T-90S` tankını Ermənistana göndərib.

***

Nazirlik təkzib etdi: Müəllimlərdən məcburi pul yığılmır

Təhsil Nazirliyi müəllimlərdən orduya dəstək üçün məcburi pul yığılması ilə bağlı iddialara aydınlıq gətirib.

***

YAP deputatlığa namizədini açıqladı - FOTO

Hakim Yeni Azərbaycan Partiyası 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar parlament seçkilərində iştirak edəcək namizədini müəyyənləşdirib.

***

Qarabağda silahlı şiddət azalmır - `Putinin NATO-su`

Dağlıq Qarabağda silahlı qarşıdurmanın şiddəti azalmır. Bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja beynəlxalq təhlükəsizlik üzrə beşinci konfransda çıxışı zamanı bildirib.



Ermənilər reaktiv sistemlərindən atəş açıb - FOTO

"Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə bölgəsindədir və nazirliyin əməkdaşları cəbhənin Ağdam istiqamətinə dəymiş ziyanla bağlı evlərə baxış keçiriblər".

***

Dronlardan istifadə qadağan olunur - 2 il həbs gözlənilir

Azərbaycanda pilotsuz uçan aparatlardan istifadə edərək şəxsi həyata müdaxilə etmə cinayət məsuliyyəti yaradacaq və bununla bağlı həbs cəzası müəyyənləşdirilir.

***

Lənkəranski qisas aldı - `Göyərti kralı` öldürüldü

Rusiyada iş adamı Cambulat Şamiloğlu Moskvada “qanuni oğru”lar arasındakı münaqişəsinin qurbanı olub.

***
Ermənilərin yaraladığı mülki şəxs vəfat etdi

Erməni hərbi birləşmələrininAğdamın yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaralanan mülki şəxslərdən biri dünyasını dəyişib.



Hərbi Dəniz Qüvvələri döyüş hazırlığına başladı - FOTOLAR

Aprelin 25-dən 27-dək Hərbi Dəniz Qüvvələrində "Ölkənin ərazi bütövlüyünə, dəniz enerji infrastrukturlarına, sərbəst gəmiçiliyə istiqamətlənmiş təhdid və təcavüzlərin qarşısının alınması üçün döyüş fəaliyyətlərinin planlaşdırılması, aparılması və qüvvələrin idarə edilməsi" mövzusunda komanda-qərargah təlimi keçirilib.

***

Prezidentin köməkçisindən Ermənistana sərt xəbərdarlıq

`Belə təəssürat yaranır ki, beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupu bütün səylərini Dağlıq Qarabağdakı separatçı qurumun təhlükəsizliyinin təmin edilməsinə yönəldiblər`. Bu fikirləri Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

***

Zakir Həsənovun müavini Moskvada Ohanyanı susdurdu

“Ermənistan müdafiə naziri Seyran Ohanyanın Moskvada təhlükəsizlik məsələləri üzrə beynəlxalq konfransda çıxışı erməni tərəfinin öncədən hazırlanmış təxribatıdır. Məqsəd beynəlxalq tədbir iştirakçılarının diqqətini münaqişə zonasında baş verənlərə cəlb etməkdir”. Bunu Azərbaycan müdafiə nazirinin müavini Kərim Vəliyev Ermənistan müdafiə nazirinin Moskvada keçirilən beynəlxalq konfransda təxribat xarakterli çıxışına cavabında deyib.

***

Ağdamdan dəhşətli görüntülər - Video

Aprelin 27-dən 28-nə keçən gecə cəbhə xəttində baş verənlərlə bağlı Lider TV reportaj hazırlayıb.



Ermənilərin törətdiyi vəhşiliklər - Dəyən ziyan (FOTOLAR)

Aprelin 5-də Azərbaycan ilə Ermənistan arasında atəşkəs rejiminin bərpa olunması ilə bağlı razılıq əldə edilməsinə baxmayaraq, aprelin 26-27-də erməni silahlı birləşmələri iriçaplı silahlardan, “Qrad” qurğusu, top və tanklardan istifadə etməklə Azərbaycan Ordusunun mövqelərini, habelə qoşunların təmas xəttinə yaxın yaşayış məntəqələrini intensiv atəşə tutublar.

***

Qarabağdan İrəvana 159 yaralı hərbçi gətirilib

Aprel ayında Qarabağ münaqişəsi zonasında baş verən toqquşmalar nəticəsində 159 erməni əsgər yaralanıb.

***

Ermənilərin yaydığı video saxtadır - Müdafiə Nazirliyi

Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan KİV-də yayılan videogörüntülərə münasibət bildirib.

***

Ermənistanın təxribatı ilə bağlı cinayət işləri başlandı

Azərbaycan Respublikasının işğal altında olan ərazilərində yerləşən Ermənistan hərbi hissələri növbəti dəfə təcavüzkar əməllərini davam etdirərək ağır artilleriya qurğularından Azərbaycan Silahlı Qüvvələrinin cəbhəboyu mövqelərini və mülki əhalinin yaşadığı əraziləri intensiv atəşə tutmaqla beynəlxalq humanitar hüquq normalarınının tələblərini kobud surətdə pozub.

***

Azərbaycanın iki konsulu geri çağırıldı

Azərbaycan Prezidenti İlham Əliyev Elşad İlyas oğlu Qulamovun Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

***

`Tərtərdə 256 evə ziyan dəyib, 2 məktəb dağılıb` - İcra başçısı

“Aprelin 2-dən bu günə qədər erməni silahlı qüvvələrinin Tərtər rayonunun cəbhəyanı ərazilərini ağır artilleriya atəşinə tutması nəticəsində 256 evə ziyan dəyib”. Bunu Tərtərin icra başçısı Müstəqim Məmmədov deyib.

***

Zakir Həsənov əmr verdi: `Düşmənin bütün hərbi obyektləri vurulsun`

“Bütün qoşunlara düşmənə qarşı cavab zərbəsi endirmək əmr edilib”. Bunu cəbhə bölgəsində jurnalistlərin suallarını cavablandıran Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

***

Ərdoğan azərbaycanlı professoru rektor təyin etmədi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Giresun Universitetinə yeni rektor təyin edib.



Sarkisyan pulla əsgər analarının ağzını yumur

Aprel döyüşlərindən sonra Ermənistanda sosial etirazlar tüğyan edir. Cəbhə xəttindəki son hadisələr zamanı övladlarını itirən valideynlər, hərbçilərin yaxınları mövcud hakimiyyətə qarşı çıxaraq etirazlarını bildiriblər.

***

Ermənilərin yaraladığı daha bir mülki şəxs vəfat etdi

Aprelin 27-dən 28-nə keçən gecə erməni silahlı birləşmələrinin Ağdam rayonunu ağır artilleriyalardan atəşə tutması nəticəsində yaralanan şəxslərdən biri dünyasını dəyişib.

***

Parlamentdə dava düşdü - 5 deputat yaralandı (VİDEO)

Türkiyə Böyük Millət Məclisində (TBMM) deputatlar arasında dava düşüb.

***

Kadırov azərbaycanlını nazir təyin etdi - FOTO

Çeçenistan Respublikasının rəhbəri vəzifəsinin icraçısı Ramzan Kadırov Azərbaycan Tibb Universitetinin (ATU) məzunu olan Elxan Süleymanovu yeni səhiyyə naziri təyin edib.

Hazırladı: Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti