Ötən il ETSN-yə 4630 şikayət daxil olub
Belə ki, il ərzində Ətraf Mühitin Mühafizəsi Departamentinə göndərilən 1537 şikayətdən 1429-u, Dövlət Ekspertiza İdarəsinə göndərilən 2032 şikayətdən 1968-i, Meşələrin İnkişafı Departamentinə göndərilən 440 şikayətdən 383-ü, Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinə göndərilən 98 şikayətdən 93-ü, Milli Geoloji Kəşfiyyat Xidmətinə göndərilən 403 şikayətdən 284-ü, Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinə göndərilən 54 şikayətdən 43-ü, “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyətinə göndərilən 22 şikayətdən 20-si üzrə araşdırma başa çatıb və qanunamüvafiq tədbirlər görülüb, qalan şikayətlərin araşdırılması isə hazırda davam etdirilir.
Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinə göndərilən 8 şikayət, Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinə göndərilən 34 şikayət, Milli Hidrometeorologiya Departamentinə göndərilən 2 şikayət araşdırılaraq qanunamüvafiq tədbirlər görülüb.
Xatırladaq ki, ETSN-nin “Qaynar xətt” rabitə əlaqəsi 2002-ci ildən etibarən ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən fəaliyyətin təşkilati-hüquqi formasından asılı olmayaraq aidiyyəti idarə, müəssisə və təşkilatlarla, ayrı-ayrı vətəndaşlarla operativ qaydada əlaqələndirilməni təmin etmək məqsədilə fəaliyyət göstərir.
Aytən Zəhra
AzVision.az