Ötən gün 3 piyada yol qəzasında ölüb

Ötən gün 3 piyada yol qəzasında ölüb
  21 Yanvar 2017    Oxunub:1762
Paytaxtda ötən gündə baş vermiş yol qəzalarında 3 piyada ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Qala qəsəbəsində Bakı şəhər sakini Ədalət Abdullayev idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən qəsəbə sakini Əsmər Əliyevanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Nərimanov rayonunun Z.Bünyadov prospektində Masallı rayon sakini Ceyhun Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Ağdam rayon sakini Oqtay Gülmalıyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.

Digər bir qəza isə Ramana qəsəbəsində olub. Bakı şəhər sakini Namiq Ələsgərov idarə etdiyi "Renault" markalı avtomobillə yolu keçən qəsəbə sakini Şəfa Səmədovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

AzVision.az


Teqlər:





Xəbər lenti