Ordunun kadrlar üzrə rəisləri toplandı

Ordunun kadrlar üzrə rəisləri toplandı
  28 İyul 2016    Oxunub:1618
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində birlik, birləşmə, hərbi hissə, idarə və müəssisələrin kadrlar üzrə rəisləri ilə ilin birinci yarısının yekunlarına həsr olunmuş toplantı keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, tədbirdə kadr orqanlarının nazirlikdə mühüm xidmət sahələrindən biri olduğu qeyd edilib. Ordu rəhbərliyi tərəfindən bu sahəyə ciddi diqqət yetirildiyi xüsusi vurğulanıb.

Bildirilib ki, müdafiə naziri Silahlı Qüvvələrdə kadrlar üzrə aparılan işi yüksək qiymətləndirir. Tədbirdə komandanlıq tərəfindən qarşıya qoyulan bütün vəzifələrin bundan sonra da layiqincə yerinə yetiriləcəyi ifadə edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti