Ordumuza 66 milyonluq yardım

Ordumuza 66 milyonluq yardım
  03 Avqust 2015    Oxunub:3760
Müdafiə Nazirliyi Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaiti açıqlayıb.
AzVision.az - ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna 1 avqust 2015-ci il tarixədək 65 milyon 933 min 27,17 AZN, 211 min 791,88 ABŞ dolları və 593,69 avro vəsait daxil olub.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədi ilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalardır.


Teqlər:  





Xəbər lenti