Orduda korrupsiya faktları - Statistika

Orduda korrupsiya faktları - Statistika
  30 Yanvar 2015    Oxunub:5766
Silahlı Qüvvələrdə qeydə alınan korrupsiya faktlarının statistikası açıqlanıb.
AzVision.az xəbər verir ki, Hərbi Prokurorluqda keçirilən kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən baş prokurorun müavini - hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, hərbi prokurorluq orqanları 2014-cü ildə korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə sahəsində müvafiq işlər görərək bu xarakterli faktlar üzrə 105 şəxs barəsində 58 cinayət işinin istintaqını tamamlayıb və təqsirkar şəxslər məhkəmə məsuliyyətinə verilib.

Xanlar Vəliyev onu da qeyd edib ki, bu qəbildən olan cinayətlərin aşkarlanması istiqamətində struktur qurumlar tərəfindən bir sıra işlər görülsə də, bu sahədə tədbirlərin səmərəliliyi və intensivliyi daha da artırılmalıdır.



Teqlər:  





Xəbər lenti