Oqtay Şirəliyeva şikayət etdilər

Oqtay Şirəliyeva şikayət etdilər
  30 Avqust 2014    Oxunub:1445
Avqustun 29-da səhiyyə naziri Oqtay Şirəliyev Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında Quba, Qusar, Şabran, Xaçmaz rayon sakinlərini qəbul edib.
Səhiyyə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, qəbul zamanı səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran suallar cavablandırılıb.

Qəbulda vətəndaşların sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətləri dinlənilib.

Qəbula gələn 30-a yaxın vətəndaşların müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerindəcə həllini tapıb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti