Oqtay Şirəliyev şikayətçilərlə görüşəcək
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Ağdam Rayon Mərkəzi Xəstəxanasında keçiriləcək qəbulda Ağdam, Tərtər, Ağcabədi, Bərdə və Beyləqan rayonlarının sakinləri iştirak edəcəklər.
Qəbulda sakinlərin müraciətləri, şikayət və təklifləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.
Qəbula yazılmaq istəyən vətəndaşlar Ağdam Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.
Teqlər: