Oqtay Şirəliyev Şirvandadır - Nazir yaralılara baş çəkdi

Oqtay Şirəliyev Şirvandadır - Nazir yaralılara baş çəkdi
  26 İyul 2016    Oxunub:2111
Səhiyyə naziri Oqtay Şirəliyev Müdafiə Sənayesi Nazirliyinin ”Araz” zavodunda baş verən hadisə ilə əlaqədar Şirvana gedib.
Bu barədə AzVision.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazir Oqtay Şirəliyev Şirvan Mərkəzi Şəhər Xəstəxanasında yaralılara baş çəkib. Onların müalicəsi ilə bağlı tapşırıqlar verib.

Qeyd edək ki, Müdafiə Sənayesi Nazirliyinin yaydığı məlumata görə, partlayış nəticəsində ölən yoxdur, 11 nəfər yüngül xəsarət alıb.

AzVision.az



Teqlər:  





Xəbər lenti