Onların maaşı 20,7 faiz artıb

Onların maaşı 20,7 faiz artıb
  25 Oktyabr 2016    Oxunub:2432
Bu ilin yanvar-avqust aylarında inşaat sektorunda çalışan işçilərin orta siyahı sayı 96,5 min nəfər olub.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən bu sahədə orta aylıq əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 20,7 faiz artaraq 805,4 manat təşkil edib.

İxtisaslaşdırılmış tikinti işlərində işləyənlərin əməkhaqqı 26,5 faiz, binaların tikintisində çalışanların əməkhaqqı 13,6 faiz, mülki təyinatlı inşaat işçilərinin əməkhaqqı isə 2,8 faiz artıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti