Onlar ömürlük hakim olacaqlar - Yeni təyinatlar

Onlar ömürlük hakim olacaqlar - Yeni təyinatlar
  06 May 2016    Oxunub:3810
Milli Məclisin bugünkü plenar iclasında hakim təyinatları ilə bağlı məsələlərə baxılıb.
AzVision.az xəbər verir ki, Məhkəmə-Hüquq Şurasının təqdimatına əsasən Ali Məhkəmənin səlahiyyət müddəti aprelin 25-də başa çatan hakimləri İbayev Vəfaddin Ələm oğlu və Quliyev Zakir Müslüm oğlu yenidən əvvəlki vəzifələrinə təyin ediliblər.

Şirvan Apellyasiya Məhkəməsinin sədri Əsgərov Qürbət Ağa oğlu isə Ali Məhkəmənin hakimi təyin olunub.

Eyni zamanda, Ali Məhkəmənin səlahiyyət müddəti başa çatan hakimi Ağayev Rəşadət Əhməd oğlu isə Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin edilib.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Qürbət Əsgərov, Vəfaddin İbayev, Zakir Quliyevin Ali Məhkəmənin hakimləri təsdiq edildiyi təqdirdə onlar ömürlük hakim olacaqlar.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti