Ollandla Merkelin 20 dəqiqəlik referendum müzakirəsi

Ollandla Merkelin 20 dəqiqəlik referendum müzakirəsi
  24 İyun 2016    Oxunub:2601
Fransa prezidenti Fransua Olland Britaniyada keçirilən referendumla bağlı Almaniya kansleri Angela Merkel və Avropa İttifaqı Şurasının sədri Donald Tuskla telefonla danışıb.
Yelisey sarayının yaydığı məlumata görə, Fransa və Almaniya liderləri arasında telefon danışığı təxminən 20 dəqiqə çəkib. Bu barədə AzVision.az `Reuters`ə istinadən xəbər verir.

Günün birinci yarısında Fransa prezidentinin Böyük Britaniyadakı referendumun nəticələrinə dair bəyanat yayacağı gözlənilir.

Aİ nümayəndəsi Donald Tusk məsələ ilə bağlı bəyanatla çıxış edib:"Bu, tarixi andır. Hamını əmin edə bilərik ki, biz bu mənfi ssenariyə hazırıq. Son iki gün ərzində Aİ üzvü olan dövlətlərin liderlərinin hər biri ilə Britaniyadakı referendum barədə danışmışam. Bu gün Aİ-nin 27 liderinin adından bəyan edirəm ki, biz Avropa İttifaqını qoruyub saxlamaq və onu daha da güclü etmək niyyətindəyik”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti