Olland Yunanıstan qarşısında şərt qoydu

Olland Yunanıstan qarşısında şərt qoydu
  07 İyul 2015    Oxunub:2772
Yunanıstanın avrozonada qalması üçün Aleksis Tsiprasın hökuməti öz təkliflərini təqdim etməlidir.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Fransa prezidenti Fransua Olland Almaniya kansleri Anqela Merkellə Yunanıstanla bağlı danışıqların yekunlarını şərh edərkən deyib.

“Yunanıstan üçün danışıqlar qapısı açıqdır. Yunanıstanın avrozonada qalması üçün Aleksiz Tsiprasın hökuməti konkret təkliflər irəli sürməlidir. Biz yunan xalqının seçiminə ehtiramla yanaşırıq. Lakin danışıqlar üçün vaxt məhduddur”, deyə F.Olland bildirib.

Onun sözlərinə görə, iyulun 7-də Yunanıstan böhranı ilə əlaqədar avrozona sammiti keçiriləcək. “Hazırkı məqamda həmrəylik və məsuliyyətlik arasında balansa riayət edilməlidir”, - Fransa prezidenti əlavə edib.


Teqlər:





Xəbər lenti