Ölkəmizə bahar gəlir

Ölkəmizə bahar gəlir
  11 Mart 2013    Oxunub:2206
Həmin gün gecə ilə gündüz bərabərləşəcək.
Bahar Azərbaycana martın 20-də, saat 15:02 dəqiqədə qədəm qoyacaq.
Bu barədə AzərTAc-a Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvi Əyyub Quliyev məlumat verib.

Ə.Quliyev deyib ki, həmin gün Günəş yaz bərabərliyi nöqtəsində olacaq, gecə ilə gündüz bərabərləşəcək.

Bundan sonra Günəş Şimal yarımkürəsinə tərəf hərəkət edəcək, günlər uzanacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti