Ölkəmizdə əczaçılıq klasteri yaradılacaq

Ölkəmizdə əczaçılıq klasteri yaradılacaq
  03 Oktyabr 2015    Oxunub:1353
Azərbaycan şirkətləri əczaçılıq məhsullarının istehsalı sahəsində klasterin yaradılmasında maraqlıdırlar.
AzVision.az xəbər verir ki, bunu Trend-ə Sankt-Peterburqun Sahibkarlığın və istehlak bazarının inkişafı komitəsinin sədri Elgiz Kaçayev Bakıda keçirilmiş Azərbaycan-Rusiya biznes-forumu çərçivəsində deyib.

Onun sözlərinə görə, Sankt-Peterburqun əczaçılıq məhsullarının hazırlanması və istehsalı sahəsində böyük potensialı var: "Xeyli ərczaçılıq klasterləri var. Azərbaycanlı tərəfdaşlarımız da belə klasterin Azərbaycanda inkişafında maraqlı olduqlarını ifadə ediblər. Buna görə də Sankt-Peterburq belə klasterin Azərbaycanda işə salınması üzrə birgə investisiyalar və kömək məsələsində əməkdaşlıq etməyə hazırdır".


Teqlər:





Xəbər lenti