Ölkəmizdə sahibkarların 21 faizi qadınlardır

Ölkəmizdə sahibkarların 21  faizi qadınlardır
  24 Yanvar 2017    Oxunub:1674
2017-ci il yanvarın 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 686 minə yaxınlaşıb.

Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (30,5%), Aran (20,5%), Gəncə-Qazax (14,1%) və Lənkəran (9,4%) iqtisadi rayonlarında qeydiyyata alınıb.

Sahibkarlıqla məşğul olan fərdi sahibkarların 79,1 faizini kişilər, 20,9 faizini isə qadınlar təşkil edib. Qadınlar “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” fəaliyyət növündə mövcud sahibkarların ümumi sayının 25,9 faizini, “Ticarət; nəqliyyat vasitələrinin təmiri” fəaliyyət sahəsində 20,6 faizini, “Digər sahələrdə xidmətlərin göstərilməsi” fəaliyyət sahəsində isə 27,0 faizini təşkil edir.

Sahibkar qadınların 33,0 faizi Bakıda, 17,3 faizi Aran, 17,2 faizi Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib.

Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Bakıda (22,6%), Gəncə-Qazax (25,5%) və Aran (17,6%) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.

2017-ci il yanvarın 1-i vəziyyətinə statistik vahidlərin Dövlət reyestrinə daxil edilmiş, torpaq payı almış ailələrin sayı 850 mini keçib ki, bu da ölkədə torpaq payı alanların 98,0 faizini təşkil edir. Dövlət reyestrinə daxil edilmiş ailə təsərrüfatlarının iqtisadi rayonlar üzrə bölgüsü aşağıdakı kimi olub.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti