Ölkədə 210 mindən şəkər xəstəsi var

Ölkədə 210 mindən şəkər xəstəsi var
  28 İyul 2016    Oxunub:2692
“Dünyada 390 milyondan çox insan şəkərli diabet xəstəliyindən əziyyət çəkir”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Diabet Cəmiyyətinin sədri Möminat Ömərova deyib. Onun sözlərinə görə, hazırda ölkəmizdə 210 mindən çox şəkərli diabet xəstəsi qeydə alınıb.

O, əlavə edib ki, Azərbaycanda diabetdən əziyyət çəkən xəstələr insulin analoqları, qlükometr və test çubuqları ilə daim tam təmin olunurlar:

“Şəkərli diabet xəstələrinin şəkərsalıcı preparatlar, insulin, insulin analoqları və özünənəzarət vasitələri ilə təmin olunması işi Bakı ilə yanaşı, rayonlarda da həyata keçirilir. Bu sahədə xidmət səviyyəsinin daha da artırılması məqsədilə xəstələrin müayinə və müalicəsi, dərman və özünənəzarət vasitələri ilə təmin edilməsi üçün Bakı şəhəri üzrə elektron registr yaradılıb”.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti