Olimpiyadaya görə qidalar yoxlanılacaq

Olimpiyadaya görə qidalar yoxlanılacaq
  18 Dekabr 2014    Oxunub:1797
2015-ci il Yay Olimpiya oyunları ilə əlaqədar Bakıya səyyar qida laboratoriyaları gətiriləcək.
Qidalar səyyar maşınlar vasitəsilə yoxlanılacaq. Bu barədə AzVision.az-a Standartlaşdırma Meterologiya və Patent üzrə Dövlət Komitəsiunin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı məlumat verib.

Komitə sözçüsü bildirib ki, dünən səyyar laboratoriyanın biri gətirilib:

“Bu laboratoriyalar kütləvi tədbirlərin keçirildiyi yerlərdə verilən qidaların standartlara uyğun olmasını yoxlayacaq. Bu həm vaxt itkisinin qarşısını alacaq, həm də operativlik baxımından daha tez baş verəcək”.

Yay Olimpiya oyunlarına kimi paytaxta 5-6 səyyar laboratoriyanın gətiriləcəyini deyən Komitə rəsmisi bildirib ki, sözügedən laboratoriyalar İsveçrə, İngiltərə, Almaniya kimi ölkələrin istehsal etdiyi avadanlıqlarla təchiz olunub:

“Bu laboratoriyalar bütün qida məhsulklarında, o cümlədən suda operativ şəkildə keyfiyyətə nəzarət etməyə imkan verəcək. Həmin laboratoriyada qida məhsullarının ölkəmizdə qüvvədə olan eləcə də beynəlxalq standarlarda da qeyd olunan keyfiyyətə uyğun fiziki, kimyəvi və mikrobioloji, o cümlədən insan sağlamlığı üçün təhlükəli mikrotoksinlərin, allergen maddələrin təyini üzrə sınaqlar aparılıb. Laboratoriyada qida nümunələrinin sabit temperaturda saxlanılması üçün soyuducu və generatorla təchiz olunub”-deyə Fazil Talıblı bildirib.

Şəhanə RƏHİMLİ
AzVision.az




Teqlər:  





Xəbər lenti