Olimpiyaçılarımız belə qarşılandı - FOTOLAR

Olimpiyaçılarımız belə qarşılandı - FOTOLAR
  24 Avqust 2016    Oxunub:7604
Rio-de-Janeyroda XXXI Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançıları avqustun 23-də Vətənə qayıdıblar.

“Rio-2016” Olimpiya Oyunlarında Azərbaycanın idman tarixinə yeni parlaq səhifələr yazmış olimpiyaçıları Heydər Əliyev Beynəlxalq Aeroportunda onların ailə üzvləri, idman ictimaiyyətinin nümayəndələri, paytaxt sakinləri böyük təntənə ilə, gül-çiçəklə qarşılayıblar.



Azərbaycanın olimpiya yığması bu göstərici ilə 207 ölkə arasında 39-cu olub. Azərbaycan medal sayına görə, 207 iştirakçı və 87 mükafatçı dövlət arasında 15-ci yeri tutub. Bu nəticəyə görə respublikamız islam, türk və Qafqaz ölkələri arasında lider olub.



Həmçinin idmançı sayının qazanılan medallara nisbətinə görə Azərbaycan Olimpiadanın lider dövlətlərindən olub. Azərbaycan ilk dəfə taekvondo və avarçəkmə yarışlarında medal, boksçuların mübarizəsində isə ilk dəfə finala vəsiqə qazanıb.



Qarşılanma mərasimində gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə müsahibəsində deyib ki, idmançılarımız Rio Olimpiadasında Azərbaycanın idman tarixinə yeni bir səhifə yazıblar. Bu, həqiqətən də Azərbaycan idmanının növbəti təntənəsidir və bu münasibətlə hamını ürəkdən təbrik edir, idmançılarımıza yeni uğurlar arzulayıram. İnanıram ki, onlar gələcəkdə də xalqımızı və azarkeşləri sevindirəcəklər.



Azərbaycan yığma komandası XXXI Yay Olimpiya Oyunlarına əvvəlki olimpiadalarla müqayisədə daha geniş tərkibdə – idmanın 18 növü üzrə 56 idmançı (57 lisenziya) ilə qatılıb. Bu, ötən Olimpiya Oyunları ilə müqayisədə 4 idman növü çoxdur.



Ölkəmiz triatlon, kamandan oxatma, velosiped və kanoe-slalom idman növlərində ilk dəfə təmsil olunub. Olimpiadada ölkəmizi təmsil edən 56 idmançıdan 36-sı ilk dəfə Olimpiya Oyunlarının iştirakçısıdır. Rio-de-Janeyroda Azərbaycan güləş, gimnastika və boks yarışları üzrə 3 hakimlə də təmsil olunub.





AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti