Olimpiya yığmamızın təyyarəsi gecikəcək

Olimpiya yığmamızın təyyarəsi gecikəcək
  23 Avqust 2016    Oxunub:1669
Rio-2016 Olimpiya Oyunlarında iştirak edən milli komandamız bu gün vətənə qayıdacaq.
AzVision.az xəbər verir ki, yığmamızın əvvəlcə Bakı vaxtı ilə saat 18:20-da paytaxtımıza gələcəyi bildirilsə də, təyyarədə gecikmə olub.

Belə ki, komandamız saat 22:20-də Heydər Əliyev adına Hava Limanına eniş edəcək. Təyyarənin gecikməsinə səbəb isə Rio-de-Janeyro aeroportunda sıxlığın olmasıdır.
Qeyd edək ki, sıxlıqla əlaqədar Rusiya mili komandasını daşıyan təyyarə də dörd saatlıq gecikmə ilə havaya qalxacaq.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti