Olimpiya oyunlarının talismanları - FOTO

Olimpiya oyunlarının talismanları - FOTO
  24 Noyabr 2014    Oxunub:2168
Braziliyanın fauna və florasını özündə əks etdirən talismanlar 2016-cı il Rio-de-Janeyroda keçiriləcək Olimpiya və Paraolimpiya oyunlarının simvolu olub.

Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

Braziliya faunası sarı heyvan formasında hazırlanıb ki, o da eyni zamanda həm tutuquşu həm də meymuna bənzəyir. Floranı əks etdirən personaj isə eyni zamanda ağac və çiçəyə bənzəyir.

Bundan sonra Braziliya sakinləri internetsə səsvermə yolu ilə Olimpiya talismanlarına ad seçəcəklər. Talismanlar aşağıdakı adların verilməsi təklif olunur: Oba və Eba, Tiba-Tuki və Eskindim, həmçinin Vinisius və Tom.

Qeyd edək ki, 2009-cu ildə Rio-de-Janeyro Madrid, Tokio və Çikaqo şəhərlərini qabaqlayaraq Olimpiya oyunlarının keçirilmə hüququnu əldə edib. Olimpiya oyunları 2016-cı il 5-21 avqust tarixlərində keçiriləcək.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti