Olimpiya oyunları ləğv oluna bilər - TƏHLÜKƏ

Olimpiya oyunları ləğv oluna bilər - TƏHLÜKƏ
  28 May 2016    Oxunub:3196
Dünyanın müxtəlif ölkələrindən olan 150-dən çox alim və həkim Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Marqaret Çenə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək “Olimpiya-2016”-nın ləğv olunması və ya başqa bir şəhərə köçürülməsi ilə bağlı müraciət edib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, müraciət Zika virusu ilə bağlıdır.

Həkimlər hesab edir ki, oyunlar üçün bu şəhərə gələn 500 mindən çox turist Zika virusuna tutula və daha sonra bu xəstləyi ölkəsində yaya bilər.

Braziliya Səhiyyə Nazirliyinin isə bu müraciətə cavabı özünü geçikdirməyib.

Nazirliyin yaydığı bəyanatda bildirilib ki, Olimpiadanın başqa bir ölkədə keçirilməsinə ehtiyac yoxdur. Belə ki, Zika virusu təkcə Braziliyada deyil, 60-dan çox ölkədə mövcuddur.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti