Olimpiya Oyunları bu ölkədə keçiriləcək

Olimpiya Oyunları bu ölkədə keçiriləcək
  31 İyul 2015    Oxunub:2799
2022-ci il qış Olimpiya və Paraolimpiya Oyunları Çinin paytaxtı Pekində keçiriləcək.
AzVision.az `TASS` agentliyinə istinadən xəbər verir ki, bu barədə qərar Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Malayziyanın paytaxtı Kuala-Lumpurda keçirilən iclasında qəbul edilib.

Çin ilk dəfə qış Olimpiya Oyunlarını keçirəcək. 2008-ci ildə Pekində yay Olimpiya Oyunları keçirilib.

Bundan əlavə Pekin həm yay, həm də qış Oyunlarını keçirəcək ilk şəhər olub.

Qeyd edək ki, 2022-ci il Olimpiyadasını keçirmək uğrunda Pekinlə yanaşı Qazaxıstanın Alma-Ata şəhəri də mübarizə aparırdı.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti