Öldürülən mülki vətəndaşla bağlı AÇIQLAMA

Öldürülən  mülki vətəndaşla bağlı AÇIQLAMA
  21 İyul 2014    Oxunub:964
Daxili İşlər Nazirliyi (DİN) Tərtər sakininin ermənilər tərəfindən qətlə yetirilməsi faktı ilə bağlı məlumat yayıb.

AzVision. az DİN-nin saytına istinadən xəbər verir ki, iyulun 19-da Tərtər rayonu Aşağı Çaylı kəndinin ərazisində Səhləabad kənd sakini Mübariz Əliyev Tərtər çayında balıq tutarkən ermənilər tərəfindən açılan atəşdən ölüb.

Qeyd edək ki, M. Əliyevin meyiti çətinliklə ərazidən götürülərək ailəsinə təhvil verilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti