Oktyabrın 26-da saatlar çəkiləcək

Oktyabrın 26-da saatlar çəkiləcək
  22 Oktyabr 2014    Oxunub:2256
26 oktyabr 2014-cü il tarixində Azərbaycanda yay vaxtı ləğv ediləcək.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən AzVision.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il tarixli, 21 nömrəli Qərarına əsasən hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir.

Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bildirir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 26 oktyabr 2014-cü il tarixində saat 5.00-da respublika ərazisində saatlar 1 saat geri çəkilməklə yay vaxtı ləğv ediləcək.


Teqlər:





Xəbər lenti