Ohanyan müxalifət partiyası yaradır

Ohanyan müxalifət partiyası yaradır
  25 Oktyabr 2016    Oxunub:2023
Ermənistanın Prezident Aparatı rəhbərinin keçmiş müavini Viktor Dallakyanın partiyası "Üçüncü Respublika" adlanacaq.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, partiyanın qurultayı bu il noyabrın 28-də keçiriləcək.

Yeni təsis olunacaq partiyaya ölkənin sabiq müdafiə naziri Seyran Ohanyan rəhbərlik edəcək.

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyanın parlamentdəki daimi nümayəndəsi, Prezident Aparatının sədr müavini Viktor Dallakyan vəzifəsindən istefa verib, Ohanyan isə bu yaxınlarda tutduğu postdan uzaqlaşdırılıb.

Yeni partiyanın Sarkisyana qarşı müxalif mövqe tutacağı bildirilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti