Oğuzda icra nümayəndəliyi qarət edilib

Oğuzda icra nümayəndəliyi qarət edilib
  25 Oktyabr 2016    Oxunub:2046
Oğuz rayonunun Qumlaq kənd icra nümayəndəliyinin inzibati binasından oğurluq törətməkdə və E.Qasımova məxsus mağazadan oğurluğa cəhd göstərməkdə şübhəli bilinən şəxslər tutulub.
AzVision.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 22-də Qumlaq kənd icra nümayəndəliyinin inzibati binasından noutbuk, mikrofon və kamera oğurlamaqda, habelə Elçin Qasımova məxsus mağazadan oğurluğa cəhd göstərməkdə şübhəli bilinən rayon sakinləri Təbriz Abdurəhmanov və Rəhman Hümbətov saxlanılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti