Oğrular məhşur aktrisanı biabır etdi - FOTO

Oğrular məhşur aktrisanı biabır etdi - FOTO
  02 Mart 2015    Oxunub:3637
“12 il quldarlıq” filmindəki roluna görə “Oskar” alan Hollivud aktrisası Lyupita Nionqonun oğurlanan paltarı geri qaytarılıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, 6 mindən çox mirvari ilə bəzədilən və 150 min qiyməti olan paltar “London” otelin tualetində tapılıb.

Belə ki, paltarı oğurlayan şəxslər aktirasının mətbuat katibinə zəng edərək paltarı otelinin ikinci mərtəbəsindəki tualetə qoyduqlarını bildiriblər.

Oğrular qeyd ediblər ki, paltarın üstündəki mirvarilərdən bir neçəsini götürüblər.
“Məqsədimiz paltarı satmaq idi. Üstündən bir neçə mirvarini götürüb zərgərə göstərdik o da onların saxta olduğunu dedi. Hollivudun nə qədər yalançı olduğunu gördüyümüzə görə, paltarı geri qaytarmağa qərar verdik”.

Adı çəkilən yerə gedən polis işçiləri paltarı tapıb və geri gətiriblər. Paltarın müəllifi Fransisko Kosta onun eyni platar olduğunu təsdiqləyib, amma mirvarilərin saxta olması barədə iddialara heç bir münasibət bildirməyib.

Qeyd edək ki, oğurluq Los Anceles şəhərində yerləşən “London West Hollywood” otelində baş verib. Oğrular aktrisanın oteldə olmamasından istifadə edərək onun otağına girib və paltarı götürüb.



Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti