Obamaya hücum etmək istəyən şəxs tutuldu

Obamaya hücum etmək istəyən şəxs tutuldu
  24 Oktyabr 2014    Oxunub:1206
Bu gün Ağ Evin hasarını aşan 23 yaşlı şəxs polis tərəfindən saxlanılıb.
Prezident sarayı bağlanıb. Bu insident sentyabr ayından bəri artıq ikinci təhlükəsizlik pozuntusudur.

Məxfi Xidmətin mətbuat katibi Dominik Adesanyanın təhlükəszilik işçiləri və xüsusi itlər tərəfindən tutulduqdan sonra həbs olunduğunu açıqlayıb. Adesanya Merilənd ştatının sakinidir.

Verilən məlumata görə, Ağ Evə daxil olmağa çalışan şəxs itləri vurub. Adesanyanın atası yerli televiziyaya verdiyi məlumatda oğlunun paranoyadan əziyyət çəkdiyini və müşahidə altında olduğunu bildirib.(Anspress)


Teqlər:  





Xəbər lenti